Bakıda qonşu qonşusunu qanına qəltan edib.

Metbuat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Cəlal Kamran oğlu Maarfizadə qonşusu Rəhman adlı şəxs tərəfindən bıçaqlanıb. Ona 2 bıçaq yarası vurulub.
Zərərçəkmiş aldığı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkilərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

(BAKU.WS)