Konqo Demokratik Respublikasında Ebola virusunun yaratdığı epidemiya genişlənməkdə davam edir. Xəstəlik artıq ölkənin 7 əyalətində 64 bölgəyə yayılıb.

Metbuat.az xəbər verir ki, Konqo Demokratik Respublikasında may ayında elan edilən Ebola epidemiyası ilə bağlı vəziyyət getdikcə ağırlaşır. Səhiyyə orqanlarının açıqladığı son məlumatlara görə, ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 8 665-ə, virus səbəbilə ölənlərin sayı isə 4 178-ə çatıb.

Məlumatlarda epidemiyanın ölüm göstəricisinin 48,2 faiz olduğu bildirilir. Virusla təmasda olan şəxslərin izlənilməsi üzrə göstərici isə 80,4 faiz təşkil edir. Son 24 saat ərzində daha 24 xəstənin sağalaraq evə buraxıldığı açıqlanıb.

Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiyaya səbəb olan “Bundibugyo” Ebola variantı ilə bağlı təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.