Bu ilin yanvar-avqust aylarında Azərbaycan 105,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 17,1 milyon dollar çoxdur.

Hesabat dövründə fındıq ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.