Allahla “görüşən” peyğəmbər ələ keçdi - İlginc olay

Allahla “görüşən” peyğəmbər ələ keçdi - İlginc olay
16:05 12 Oktyabr 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kocaeli şəhərində vətəndaşların dini hisslərindən istifadə edərək sədaqə adı altında ev, avtomobil, torpaq və pul aldığı iddia edilən "Rafət Əfəndi" adlı şəxs və onun liderlik etdiyi şəbəkə ifşa edilib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, şəhərdə mömin olaraq tanınan və Allahla mütəmadi "görüşdüyünü" iddia edərək insanlardan mülk, pul hədiyyəsi qəbul edib onlara cənnət vəd edən "Rafət Əfəndi" kod adlı Ş.Ö. saxlanılıb.

Saxta peyğəmbərlə birlikdə onun şəbəkəsinin 15 üzvü də həbs olunub. Axtarış zamanı onların evindən çoxlu pul və sənədlər ələ keçirilib.

Şəbəkə üzvlərinin ifadəsindən aydın olub ki, "peyğəmbər" onunla görüşmək istəyən şəxslərdən "üzünü göstərmək" üçün 500 türk lirəsi pul alırmış.

Ən qəribəsi budur ki, "Rafət Əfəndi" cənnət vəd etdiyi qurbanarına namaz qılmağın vacib olmadığını deyirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR