İran-Azərbaycan sərhədində insident - 1 sərhədçi bıçaqlanıb -

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Metbuat.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub. Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub. Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR