Məşhur ödəniş sistemləri “Facebook” kriptovalyutası layihəsini tərk ediblər

Məşhur ödəniş sistemləri “Facebook” kriptovalyutası layihəsini tərk ediblər
15:35 14 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Visa", "MasterCard", "Stripe" və "Mercado Pago" ödəniş sistemləri, eləcə də "eBay" şirkəti oktyabrın 11-də "Facebook" sosial şəbəkəsinin kriptovalyuta layihəsinin idarəetməsini həyata keçirən "Libra" Assosiasiyasını tərk ediblər. Bu, "PayPal" ödəniş sistemi layihəni tərk etdikdən bir həftə sonra baş verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, məlumata görə, assosiasiyanı bu şirkətlər, eləcə də "PayPal" tərk etdikdən sonra layihə ABŞ-ın elektron ödənişlər sahəsində fəaliyyət göstərən tərəfdaşlarından tam məhrum olub. Nəticədə "Facebook" kriptovalyutası yerli bazara çıxışla bağlı problemlərlə üzləşə bilər.

 

Layihə iştirakçılarının sayının azalması ilə əlaqədar "Libra" Assosiasiyasının xarici siyasət üzrə rəhbəri Dante Disparte "Libra" missiyasının dəstəklənməsinə görə layihəni tərk edən bütün iştirakçılara minnətdarlığını bildirib.

 

Qeyd edək ki, iyunda "Facebook" şirkəti 2020-ci ildə dövriyyəyə "Libra" adlı kriptovalyuta buraxacağını açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, rəqəmli valyutanı köçürmək telefona mətnli məlumat göndərmək kimi sadə olacaq. Yeni valyuta blokçeyn texnologiyası – informasiya saxlayan qurğuları ümumi serverə qoşulmayan desentralizasiya olunmuş məlumat bazası əsasında işləyəcək.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63432-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR