Bakı, 14 may, AZƏRTAC
Fransanın Kann şəhərində müxtəlif yeniliklərin sayına görə bu il bütün rekordları yeniləyən beynəlxalq kino festivalı start götürüb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu dəfə kino baxışı Hollivud blokbasteri ilə deyil, çətin tərbiyə olunan yeniyetmələrin problemlərinə həsr edilmiş kəskin sosial filmlə başlayıb. Baş rolda Katrin Denyövün çəkildiyi “Başı uca” filminin rejissoru Emanuel Berkodur. Bunu artıq kiçik sensasiya da adlandırırlar. Belə ki, hələ indiyədək Kann festivalı qadının çəkdiyi filmlə açılmamışdı.
Bundan başqa, ilk dəfə olaraq münsiflər heyətinə iki nəfər – tənqidçilərin zarafatla “ikibaşlı rejissor” adlandırdıqları Koen qardaşları başçılıq edəcək.