Bakıda avtobus minik avtomobili ilə toqquşdu (FOTO)

Bakıda avtobus minik avtomobili ilə toqquşdu (FOTO)
10:01 15 Oktyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3133284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR