Azərbaycanlı müğənni Azərin sosial media hesabından paylaşdığı videosuyla türk xalqını duyğulandırıb.
Metbuat.az bildirir ki, xanım müğənni videosunda “Barış Pınarı Hərakatı” üçün türk əsgərinə dəstək dolu sözlər səsləndirib. “Bayraqlarımız illərlə yanaşı dalğalanacaq və son nəfəsimizə qədər Türkiyə deyəcəyik. Peyğəmbər ocağı olan Məhmətciyimizi dəstəkləyəcəyik” – deyə o söyləyib.