Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı
14:32 15 Oktyabr 2019
192 Dünya
Ölkə mətbuatı
A- A+

Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "eadaily.com" portalı məlumat yayıb. Sözügedən batalyon bununla bağlı müvafiq bəyanat yayıb.

Saytda yerləşdirilən bəyanatda bildirilir ki, erməni batalyonu Türkiyə ordusunun apardığı mübarizədə kürdlərə qoşulmaq üçün Tel- Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Onlar Türkiyə ordusunun Suriyanın şimal-şərqində başladığı əməliyyatın işğalçılıq məqsədi daşıdığını iddia edərək kürd, erməni, suriyalı, ərəb və digər xalqların öz torpaqlarına sahib çıxmağa çağırıblar. 

Qeyd edək ki, Nübar Ozanyan fəal kommunist və bir sıra silahlı qarşıdurmaların iştirakçısı olub. Uzun illər Fransada yaşayıb. Suriyada kürdlərin tərkibində vuruşub, 2017-ci ildə öldürülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR