Amreyev: "Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar"

Amreyev: "Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar"
16:42 15 Oktyabr 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar. Ötən ay Budapeştdə Avropa ofisimizin açılışını etdik. Lakin bu da Türk Şurasının qazandığı uğurların hamısı deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev oktyabrın 15-də Şuranın Bakıda keçirilən VII Zirvə Görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

B.Amreyev qeyd edib ki, bugünkü tədbir türkdilli xalqlar arasında münasibətlərin dərinləşməsi istiqamətində böyük addımdır. Onun sözlərinə görə, gələcəkdə də qardaş xalqlar arasında qarşılıqlı əlaqələrin davam etdirilməsi önəmlidir.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilib. Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə baş tutub.

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edib.

Ötən gün isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/794518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR