ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını az ehtimallı saysa da, mümkün zərbələr üçün hədəflərin müəyyənləşdirildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp bu barədə CNN telekanalına müsahibəsində danışıb.

O bildirib ki, vəziyyət Tehranın ABŞ-lə razılaşma əldə edib-etməyəcəyindən asılıdır. İran razılaşmadan imtina edərsə, Vaşinqton sərt hərbi addımlar ata bilər.

Tramp Yaxın Şərqdə üç ABŞ aviadaşıyan gəmisinin döyüşə hazır vəziyyətdə olduğunu deyib. O, mümkün əməliyyatlar zamanı İranın infrastruktur obyektlərinin, o cümlədən 38 körpünün hədəfə alına biləcəyini bildirib.

ABŞ lideri əvvəlki zərbələrdən sonra İranın raket istehsalı potensialının 10, PUA istehsalı imkanlarının isə 15 faiz səviyyəsində qaldığını iddia edib.

Qeyd edək ki, Trampın İranın hərbi istehsal imkanlarına dair açıqladığı rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.