Demokratlar Trampı tənqid etdi:

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi Demokrat namizədlər canlı yayında debatda iştirak ediblər. Debatda tibbi sığorta və ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı qərarı ən çox danışılan mövzular olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, CNN kanalında yayımlanan debatda Demokratlar Donald Trampın Suriyanın şimal-şərqindən çəkilmə qərarını tənqid ediblər. Moderatorun sualına cavab verən Bayden "əsl problemin Türkiyə olduğunu" iddia edib və Trampın "kürdlərin qətlinə icazə verdiyini" əlavə edib.

Digər bir namizəd Tulsi Qabbard isə "Trampın əlində Suriyadakı kürdlərin qanı var" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR