Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9% artaraq 25,244 mlrd. ABŞ dolları təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 14,866 mlrd. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 10,378 mlrd. dollar olub. Nəticədə 4,488 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 2,5% azalıb, idxal 31,3% artıb, müsbət saldo isə 39% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR