İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi - FOTO

İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi - FOTO
12:37 16 Oktyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

İngiltərənin Kent qraflığında yaşayan yeniyetmə qız iki cinsiyyət orqanının olduğunu illər sonra bilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Molly-Rose Taylor 19 yaşında iki cinsiyyət orqanının olduğunu öyrənib.

9 yaşından bəri şiddətli ağrılar keçirən qızın iki cinsiyyət orqanına sahib olduğunu həkimlər bu vaxta qədər müəyyənləşdirə bilməyiblər. Ona 4 dəfə yanlış diqanoz qoyulub.

Həkimlərin ona "çarə" tapmadığını görən Molli Rouz Teylor özü internetdə araşdırma aparmağa başlayıb "xəstəliy"ini tapdıqdan sonra öz hekayəsini sosial şəbəkələrdə bölüşüb.

"9 yaşımdan etibarən menstruasiya zamanı şiddətli ağrılarım olurdu. Dəfələrlə ağrının təsirindən huşumu itirirdim. Həkimlər bunu yaşımın azlığı ilə əlaqələndirərək bədənimin müqavimətinin zəif olduğunu deyirdilər. Amma sonradan məlum oldu ki, iki cinsiyyət orqanım olduğuna görə, eyni vaxtda iki dəfə menstruasiya keçirirmişəm", - Molli Rouz Teylor söyləyib.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında London xəstəxanasında keçirilən əməliyyatla Mollinin ikinci cinsiyyət orqanı götürülüb.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/794685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı