Fatma Mahmudovanın ayağına nə olub?

Fatma Mahmudovanın ayağına nə olub?
16:47 16 Oktyabr 2019
214 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fatma Mahmudova iki dəfə ağır əməliyyat keçirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb aktrisanın ayağının sınması olub. 

O,  "Zaurla Günaydın" proqramında deyib ki, səhhətindəki nasazlıq bir ildir davam edir: "Ayağım ötən il sınmışdı, ağır əməliyyat keçirmişdim. Amma heç kəsə demirdim. İkinci dəfə də əməliyyat olundum. Ankarada baş tutdu.

3-4 gün sonra "Bankir adaxlı" tamaşasında oynadım. Heç vaxt özümü yatağa vurmadım, seriala çəkildim. İnsanıq, yıxıldıq. Qəza da olmuşdu. "Maşın"da da ayağım çox şişmişdi. Dözdüm, mən dözümlü insanam". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/794771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR