Litvada hava limanından sərnişinlər təxliyyə olunub
Paylaş
114 baxış·1 dəq oxu
Litvanın paytaxtı Vilnüsün hava limanında bir sərnişinin əl yükündən tüstülü qumbara tapıldıqdan sonra terminaldan 400-dək şəxs təxliyyə olunub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hava limanının sözçüsü Tadas Vasiiauskas məlumat verib. O, bəzi təyyarə uçuşlarının ləngidiyini qeyd edib. Hadisə yerinə “Aras” antiterror bölməsinin əməkdaşları cəlb olunub.