"Qarabağ" - APOEL matçında təhlükəsizlik xidmətinin əməkdaşı olacaq

"Qarabağ" - APOEL matçında təhlükəsizlik xidmətinin əməkdaşı olacaq
13:12 18 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la matçımıza maraq azdır. Yanımızda çox azarkeş olmayacaq. Bütün tənzimləmələr edilib. Əlavə təhlükəsizlik olacaq və buna görə hər şeyin yaxşı keçəcəyini düşünürük".
"Report" "24sports"a istinadən xəbər verir ki, bunu Kipr APOEL-inin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos "Qarabağ"la keçirəcəkləri UEFA Avropa Liqasının III tur matçından öncə deyib.
Petevinos bu görüşün Ağdam təmsilçisi üçün həddindən artıq önəmli olduğunu sözlərinə əlavə edib: "Bizimlə görüşün Azərbaycan daxilində necə əks-səda doğurduğunu Çempionlar Liqasının III təsnifat mərhələsi matçında gördük. Bu qarşılaşma siyası ölçüyə malik idi. Amma belə hadisələrə qarışmaq istəmirik. "Qarabağ" rəhbərliyi ilə yaxşı münasibətlərimiz var. Bakıya öz işimizi görməyə gedirik və bunu da edəcəyik".
Klub rəsmisi UEFA tərəfindən oyunun yüksək riskli qarşılaşmalar siyahısına daxil edilməsinə dair iddialara da münasibət bildirib: "Bu barədə məlumatım yoxdur. Bildiyim odur ki, təhlükəsizlik xidməti əməkdaşı oyunda olacaq. Bu barədə bizə məlumat veriblər".
O, "Qarabağ" və Lüksemburqun "Düdelanj" komandaları azarkeşlərə görə cəzalansalar, bu, APOEL-ə təsir edəcəkmi" sualına belə cavab verib: "Bizə məlumat veriblər ki, fanatlarımızla bağlı heç bir problem olmayacaq. Onları özümüzlə aparmaq hüququmuz var".
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nektarios-petevinos-qarabag-rehberliyi-ile-yaxsi-munasibetlerimiz-v

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR