53 kq çəki dərəcəsində çıxış edəcək Poveanın ilk rəqibi qabonlu Emmanuella Atora olacaq. Cütlüyün qalibi 1/16 finalda rusiyalı Yekaterina Kimlə üz-üzə gələcək. 54 kq çəkidəki Əliyev isə ilk sınağında tacikistanlı Daler Almatovu yenməlidir.
Qeyd edək ki, çempionatın ilk yarış günündə Məhəmməd Məmmədov (58 kq) və Ayxan Tağızadə (68 kq) 1/4 finalda, Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) 1/8 finalda, Ceren Özbek (46 kq) və İlkin Şahbazov (74 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.