Misirdə yaşı 3 min olan 30 mumiya tapılıb -

Misirli alimlər içində 30 mumiyanın olduğu sarkofaqlar aşkar edib.

Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.



Yerli arxeoloqlar bildirib ki, bu nadir tapıntı Qədim Misir haqqında yeni informasiyaların əldə olunması ilə nəticələnəcək.

Qeyd edək ki, 30 sarkofaqın içində olan mumiyaların 3 min ildən çox yaşının olduğu ehtimal edilir. Sarkofaqlar ölkənin cənubundakı Luksor şəhərində tapılıb. Arxeoloqlar tapılan sarkofaqları son əsrin ən böyük uğuru kimi qiymətləndirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR