Qvardioladan müqavilə ilə bağlı etiraf

"Mançester Siti" ilə iki illik müqavilə imzalayan Pep Qvardiola yeni müqaviləsi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, təcrübəli baş məşqçi komandada qalmasının əsas səbəbinin klub rəhbərliyinin və azarkeşlərin bunu istəməsi olduğunu bildirib.

İki saat ərzində müqavilə ilə bağlı razılığa gəldiklərini vurğulayan məşqçi 2 illik uzadılmanın səbəbini belə izah edib: “Gələn ilin payızında yenidən “Bu, Pepin son mövsümüdür, yenidən müqavilə uzadacaqmı?” kimi söhbətlərin başlamasını istəmirdim. Əsas səbəb məhz bu idi”.

Əldə etdiyi uğurlar ilə "Siti"də qalmağa layiq olduğunu qeyd edən Guardiola əlavə edib: “Son illərdə əldə etdiklərimizlə burada qalmağı və müqaviləni uzatmağa layiqik. Əksər komandalar müxtəlif turnirlərdə dörd dəfə ardıcıl məğlub ola bilər, amma yalnız bir komanda Premyer Liqanı dörd dəfə ardıcıl qazana bilib!”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı