Bakıda maşınla velosipedçini vurub qaçan şəxs 18 gün sonra tutuldu

Bakıda maşınla velosipedçini vurub qaçan şəxs 18 gün sonra tutuldu
17:03 21 Oktyabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü tutulub.

Publika.az xəbər verir ki, oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub. Nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/293707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR