Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb

Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
13:52 22 Oktyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sərlövhəli analitik məqaləsi bir sıra xarici kütləvi informasiya vasitələrinin marağına səbəb olub. 

Amerikanın geniş oxucu auditoriyasına malik ispandilli "Eurasia Hoy", Çinin 100 milyon tirajla yayılan "China Daily" qəzetləri, Rusiyanın "Rossiya Onlayn", Qazaxıstanın "Türkelpress", Ukraynanın "Fakt.org", Almaniyanın "Berlinerpress", Rumıniyanın "Amosnews", "News 24", Gürcüstanın "24news", Özbəkistanın "Tnews" portalları, Avropa Xəbər Agentliyi, həmçinin Türkiyənin BİLGESAM Araşdırmalar Mərkəzi və digər analitik mərkəzlər öz saytlarında məqaləyə geniş yer ayırıblar.   

Xatırladaq ki, məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik hökm sürdüyü bir vaxtda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev çətin vaxtda dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində ölkəni dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixində yeni səhifə olan bu 26 illik dövr həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.

Azərbaycanda milli siyasi doktrinanın varisliyi barədə aydın təsəvvür yaradan məqalə oxucuları əsası Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi və bunun real nəticələri haqqında məlumatlandırır.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə həyatın bütün sahələrində baş verən misilsiz irəliləyişlərdən, inqilabi islahatlardan da ətraflı bəhs olunur. Müəllif Azərbaycanın ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovet məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Həmçinin 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/796184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR