Pərvin sevgilisini rəfiqəsi ilə OTELDƏ "TUTDU" - Qızın xəbəri yoxdur ki, mən bilirəm - FOTO

Pərvin sevgilisini rəfiqəsi ilə OTELDƏ "TUTDU" - Qızın xəbəri yoxdur ki, mən bilirəm - FOTO
16:12 22 Oktyabr 2019
234 Şou
Ölkə mətbuatı
A- A+

"Mən qəlb sındırmağı sevmirəm. Heç kim durub deyə bilməz ki, mənə Pərvindən pislik gəldi. Bu gözlənilməz bir şeydir. Buna mən başımla cavabdehəm. Amma dostluq da edəndə hərşeyimi ortaya sərirəm - Maddi, mənəvi. Zəif nöqtəmə qədər göstərirəm və sonra onu mənim əleyhimə çevirirlər".

Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Hər şey daxil"də deyib.

Aparıcı Tarix Əliyev (Tolik) gənc aktrisaya "Düzünü de, elə bir rəfiqən olub ki, sənin həyatında sevdiyin insanlardan kiməsə, nişanlına rəfiqələrindən kimsə bir meyil salıb?" sualı ilə müraciət edib.

Pərvinin cavabı Tolik başda olmaqla hər kəsi şoka salıb:

"Nəinki mesaj yazıb, görüşüblər. Hətta otelə də gediblər. Bu da sənə sensasiyalı açıqlama. Amma, Tolik, qızın xəbəri yoxdur ki, mən bunu bilirəm, üzünə də vurmamışam. Sadəcə İnsatqramımdan uzaqlaşdırdım, blokladım hər yerdə. Heç xəbəri də yoxdur ki, mən bunu ona niyə elədim. Bilsin bir az utansın".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/796220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR