Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Hüseynbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun 3 yaşlı qızı Səma xəsarət alıb.
Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.