Menecment sahəsinin əfsanəsi Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək

Menecment sahəsinin əfsanəsi Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək
13:22 24 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək!
Volvo, Visa, Bank of America, Coca-Сola, Sberbank, Sibur kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizesin iştirakı ilə Bakıda “Təşkilatın uğur formulu” adlı biznes forum keçiriləcək. Tədbir 08 noyabr tarixində JW Marriott Absheron Baku otelində baş tutacaq.
Biznes forumda bazarda lider mövqenin qazanma sirləri, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşmalar müzakirə olunacaq.
İtsxak Adizes ilə yanaşı forumda peşəkar idarəçi, sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik olan Pavel Belorusski çıxış edəcək. P.Belorusski biznesin səmərəli və effektiv idarəolunması üzrə şəxsi təcrübəsi ilə bölüşəcək.
Biletlər artıq satışdadır. Biletlərin qiyməti, tədbirin proqramı, iştirak şərtləri və spikerlər barədə ətraflı məlumatı tədbirin rəsmi səhifəsində, həmçinin (+99450) 290 49 79 nömrəsi vasitəsilə əldə etmək olar.
Biznes forum “Gilan Holding”, “Pasha Bank” və “Milla” şirkətinin sponsor dəstəyi ilə keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/doktor-i-tsxak-adizes-bakida-ilk-defe-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR