Bakıda “Opel” qırmızıda keçdi, qəza törədib aşdı -

Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb.

Metbuat.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib.

"Opel” markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında yolayrıcına daxil olan zaman sağdan gələn avtomobilin önünə çıxıb.

Toqquşma nəticəsində "Opel” çevrilib və bir neçə metr kənarda aşıb. Qəza nəticəsində "Opel”in sürücüsü ağır yaralanıb. Digər avtomobilə ciddi ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR