Arnold Şvartsenegerin EVİ YANIR - Oranı tərk etdi - VİDEO

Arnold Şvartsenegerin EVİ YANIR - Oranı tərk etdi - VİDEO
16:57 29 Oktyabr 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərinin bir sıra ərazilərində, o cümlədən elit rayonlarında yanğın olub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, yanğınlar məşhur basketbolçu Lebron Ceymsin, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegerin, həmçinin aktyor Rayan Filippinin də evindən yan keçməyib. 

Artıq L.Ceyms, R.Filippin və Arnold Şvartseneger yanğınlar səbəbindən Los-Ancelesdəki evini tərk edib. 

Arnold Şvartseneger sosial şəbəkədə yazıb:

"Əgər eviniz təxliyə zonasına düşübsə, buna ciddi yanaşın... Mən Kaliforniya sakinlərini qorumaq üçün özlərini təhlükəyə atan dünyanın ən yaxşı yanğınsöndürənlərinə minnətdarlığımı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/798047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR