Növbəti yardım aksiyası keçirildi - FOTO

Növbəti yardım aksiyası keçirildi - FOTO
19:42 30 Oktyabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi növbəti yardım aksiyası keçirib. "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Xocalı köçkünlərinin məskunlaşdığı Ağcakənddə olub. Birlik tərəfindən Ağcakənddə məskunlaşmış 15 ailəyə sosial yardım göstərilib.

Birlik sədri Fatimə Hacıbəyli mətbuata açıqlamasında qeyd edib ki, o şəxsi vəsaiti hesabına Ağcakənddə məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər üçün xeyriyyə aksiyası keçirib. Şəxsi təşəbbüslə çıxış edən F.Hacıbəyli qeyd etdi ki, xeyriyyə aksiyasının keçirilməsində məqsəd aztəminatlı ailələrə, gənclərə dəstək göstərməkdir.

Aksiyada iştirak edənlər arasında Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, "V təlim" mərkəzinin təsisçisi icraçı direktoru, "Mayomed" klinikanin direktor müavini Aytən Ələkbərova, İnci, psixoloji və nitq mərkəzinin rəhberi Rzayeva Sevinc, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, "Bizim dövr" psixoloji kabinetin rəhbəri Vəfa Abbasova, "Qayğı" Sosial inkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Asmaniya Şirəliyeva və digər ictimai xadimlər də iştirak edib. Aksiyada iştirak edənlər mənəvi olaraq Fatimə Hacıbəyliyə dəstək olublar.

Aksiya təşkilatçıları növbəti illərdə də bu cür xeyriyyə tədbirləri keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/798407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR