Biləsuvar rayonunda evdən xeyli miqdarda oğurluq olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Murtuzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.