Yeni Ramana yolunda, Pedoqoji kollecin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 qadın isə şəxsi avtomobillə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Qəza 49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində baş verib.