Ötən il sənaye subyektlərində 31,9 milyard manatlıq məhsul istehsal olunub

17:13 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
2014-cü ildə ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24 faizini təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə olunub. İstehsal edilmiş sənaye məhsulunun 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 6,9 faiz üstələyib. Ümumi sənaye istehsalının 92,4 faizi malların (əmtəələrin), 7,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,5 faizi özəl bölmədə istehsal olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR