Bakı, 15 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Atletlər və Media kəndlərinin mühəndis-texniki, sahə mütəxəssislərinin yanğın təhlükəsizliyi ilə təlimatlandırılması məqsədilə yanğına qarşı təbliğat günü keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin əməkdaşları tərəfindən “Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri”, “Yaşayış sahələrinin yanğın təhlükəsizliyi” və “Yanğın zamanı zəruri hərəkətlər” mövzusunda məruzələr dinlənilib, ilkin yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilib.
Tədbirin sonunda mövzuya aid videoçarx göstərilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri paylanılıb.