Eks prezident Əbülfəz Elçibəyin mərhum həyat yoldaşı Həlimə Əliyeva ölümündən əvvəl ölkəmizin Birinci Vitse Prezidenti Mehriban Əliyevaya yaşadıqları evin təmiri ilə bağlı müraciət etmişdi. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dərhal evdə təmir bərpa işləri həyata keçirilib. Bir neçə ay davam edən təmir işləri artıq yekunlaşıb. Əməkdaşlarımız bu gün həmin evdə olublar.
Metbuat.az bildirir ki, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.
Ev 1998-ci ildə alınıb və eks prezident 2000-ci ilə qədər ailəsi ilə birlikdə məhz burda yaşayıb. Hətta evin həyətində Əbülfəz Elçibəyin həmin zamanlar istifadə etdiyi avtomobil hələ də saxlanılır.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ev iki mərtəbə və mansardan ibarətdir. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirilib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə belə abadlaşdırılıb.
Qeyd edək ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya evin təmiri ilə bağlı müraciət ünvanlayıb.
Elçibəyin oğlu Ərturqut Əliyev bildirib ki, evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin onlara sahib çıxacağından və ümidsiz qoymayacağından əmin olublar. O, deyib ki, ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.
Əbülfəz Elçibəyin təmir edilən evindən görüntülər -
Həmçinin oxu
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
Bu gün
·
13:46
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14
3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirildi
Bu gün
·
12:49
Oktyabrın 9-nun havası açıqlandı
Bu gün
·
12:38
Sumqayıtda dənizdə batan yaşlı kişinin meyiti tapıldı
Bu gün
·
12:32
Sosial müavinət alanların nəzərinə
Bu gün
·
12:28
Türkmənbaşıda 8-ci Məşvərət görüşü keçirildi - FOTO
Bu gün
·
12:25
Mərkəzi Asiya və Azərbaycan liderləri Birgə Bəyanat yayıb
Bu gün
·
12:19
“Qalatasaray” Sanenin əvəzinə onu istəyir
Bu gün
·
11:47
Abşeron xəstəxanasında baş həkim müavini bıçaqlandı
Bu gün
·
11:43
Məşhur aktrisa sevgilisi üçün dinini dəyişir
Bu gün
·
11:43