Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlar evə buraxılıb

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlar evə buraxılıb
09:37 1 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 nəfər gətirilib. 
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib. 
Daha sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, hadisə oktyabrın 31-də Sabunçu rayonu, Ramana yolunda baş verib. 49 və 106 saylı sərnişin avtobusları Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında toqquşub. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bakida-iki-sernisin-avtobusunun-toqqusmasi-neticesinde-yaralananlar-ev

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR