Növbəti kadr islahatı “Azəriqaz”da -

Ölkədə aparılan struktur və kadr islahatları davam edir. Növbəti kadr islahatının “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılacağı iddia olunur.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad olunacağının gözlənildiyi vurğulanır. Onu yerinə isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin gətiriləcəyi bildirilir.

Əldə etdiyimiz digər məlumatd Əkbər Hacıyev Qaz İxracı İdarəsinə rəsi təyin olunacağı qeyd olunur.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR