Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”

Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”
15:57 1 Noyabr 2019
179 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər" TV-də yayımlanan "5/5" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina edib. Bu zaman isə onunla nəzarətçi arasında mübahisə yaşanıb. V.Məhərrəmli mühafizəçini aşağılayaraq ona "Get, gözətçiliyini et" sözlərini söyləyib.

Kulisdə olan bu münaqişənin səsləri isə canlı yayıma yansıyıb. Aparıcı Zaur Kamal onları sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, V.Məhərrəmli artıq bir neçə dəfədir ki, müxtəlif peşə nümayəndələrinə qarşı kobud ifadələr səsləndirir.

Belə ki, o, ötən günlərdə "Ay Zaur" proqramında "Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" ifadələrini işlədərək, insanların qəzəbinə tuş gəlmişdi. Daha sonra isə verdiyi açıqlamada media nümayəndələrini günahkar tutaraq, onlara qarşı düzgün olmayan ifadələr işlədib, sözlərini təkzib etmişdi.

Ötən illərdə isə müğənninin paylaşdığı fotonun altına bir istifadəçi kəmərinin zövqlü olmadığını bildirmişdi. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə kəmərin "Stefano Ricci" markası olduğunu bildirəndən sonra "çuşka" deyərək təhqir etmişdi. Həmçinin müğənni kəmərin min dollar olduğunu vurğulamağı da unutmamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/798846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR