APOEL-də növbəti gərginlik

APOEL-də növbəti gərginlik
14:37 3 Noyabr 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

APOEL-də klubunda növbəti gərginlik yaranıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Musa əl-Tamari baş məşqçisi Tomas Dolla növbəti dəfə hörmətsizlik edib. Buna onun AEK-lə dünənki çempionat oyununun (0:0) 66-cı dəqiqəsində əvəzlənməsi səbəb olub. Almaniyalı mütəxəssisin onu meydandan çıxarmasına əsəbləşən futbolçu qərara narazılığını bildirib. Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıra biləcəyi istisna olunmur.

Qeyd edək ki, baş məşqçi bundan əvvəl də klubdaxili intizamı pozan futbolçunu heyətdən kənarlaşdırmış və "Qarabağ"la Bakıdakı son oyunda meydana buraxmamışdı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR