ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Nazim Pişyari olub.
Metbuat.az bildirir ki, müğənni gənc ifaçılara olan narazılığdan danışıb:
“İndiki cavanlar çox təkəbbürlüdür. Gərək pul verəsən ki, salam versinlər sənə. Hamıya şamil etmirəm, amma çoxları belədir. İndiki cavanların oxumaqlarında çox qüsurlar var”.