Energetika Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Energetika Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17:28 16 Yanvar 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Energetika Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən nazirliyin aparat rəhbəri İftixar Hüseynov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışıb, gənclərin bu tarix haqqında daha çox maariflənməsini vacib olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim Firdovsiyyə Əhmədova çıxış edərək 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib. Vurğulanıb ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Energetika_Nazirliyinde_20_Yanvar_sehidlerinin_xatiresi_yad_edilib-825345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR