Belə oğurluq olmamışdı (FOTO)

Belə oğurluq olmamışdı (FOTO)
23:50 24 Dekabr 2014
171 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Pensilvaniya ştatında dayə milad yolkası altında gizlədilən, 2 yaşlı uşağa aid hədiyyəni oğurlayaraq mağazaya geri qaytarıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Associated Press polisə istinadən verib.

24 yaşlı Şon Eşolman evdən Mikki Maus şəkilli masa və oturacağı oğurlayıb. Lakin oğru uşağın anasının yataq otağında alışı təsdiqləyən çeki görüncə planını dəyişib. Çek vasitəsilə o, oğurladığı masa və oturacağı qonşu mağazaya təhvil verərək 30 dolları cibinə qoyub.

Dayə tutulub. İndi 31 dekabrda hamı bayram keçirəndə Şon dinləmələrdə olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR