İçərişəhər Metrostansiyasında Tanqo Şou

İçərişəhər Metrostansiyasında Tanqo Şou
20:12 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Argentinanın Azərbaycandakı Səfirliyi və "United Cultures"-in The Landmark, Bakı Metropoliteni, Nizami Kinoteatr Mərkəzi ilə birgə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr - 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

İçərişəhər Metrostansiyası, Tango məktəblərinin dəstəyi ilə 8 Noyabr saat 17.00-da festival öncəsi tədbirə ev sahibliyi edəcəkdir.

IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba, R&N-project Dance School və Tango Dj Al Fredo Metro sərnişinlərini Argentinanın Tanqo atmosferini və zərifliyini hiss etməyə dəvət edəcəklər. Hər kəs əvvəllər rəqs etməmiş olsa belə, tək özü və ya dostları ilə Argentinanın Tanqo ab-havasında bu təcrübəni yaşayacaq.

Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimo (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edirlər.

Nəzərinizə çatdırırıq ki, festivalda dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunan, Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena və müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biri olan Lautaro Tisseranı da görə biləcəksiniz.

Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/800608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR