Pirşağıda qəza, 120 abonent qazsız qaldı

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mersedes” markalı maşın yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Hazırda bərpa işləri görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR