"Report"un "New York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, müşavir məqaləsində bildirib ki, həmin yazıda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qanunsuz işğal etməsi və bunun nəticəsində 1 milyon azərbaycanlının öz doğma yurdlarından köçməyə məcbur olması ilə bağlı faciəvi hekayəsi əks olunmayıb: "Müəllif məqalədə yazmayıb ki, işğal olunmuş ərazilərə səyahət Azərbyacanın qanunlarının və beynəlxalq qaydaların pozulması deməkdir. O, həmçinin, bir neçə dəfə dərc olunan və hətta ABŞ Dövlət Departamentinin elan etdiyi xəbərdarlıqlar barədə də bir kəlmə söz yazmayıb. Eyni zamanda, Dağlıq Qarabağa bu cür qanunsuz səyahət edən şəxslərin gələcəkdə Azərbaycana səfər etməsinə qadağa qoyulur".
M.Talıbov Beynəlxalq Böhran Qrupunun hesabatına istinadən yazıb ki, məcburi köçkünlər işğalçıların hərbi taktikasına çevrilmiş avtomatlardan atəş açılması, mina partlayışları, içməli suların çirklənməsi kimi hallarla üzləşirlər: "Təəssüf ki, müəllifin yazdığı məqalədə isə bu region başqalarına bənzəməyən turistik məkan kimi təqdim olunub".
Səfirliyin müşaviri qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli istiqamətində işlər görür: "Məqsəd məcbur köçkünlərin öz yurdlarına qayıda bilmələrinə, turistlərin isə bu gözəl məkana təhlükəsiz şəkildə səfərlər ermələrinə, oranın gözlliklərini seyr etmələrinə şərait yaratmaqdır".