Qualcomm şirkətinin növbəti flaqman prosessor modeli olacaq Snapdragon 865-in təqdimat tarixi barəsində məlumat ortaya çıxmışdı. Bugün isə şirkət bu məlumatı təsdiqləyib. Beləliklə Snapdragon 865 prosessoru 3-5 dekabr tarixlərində Maui adasında (Havay adaları) baş tutacaq Qualcomm Snapdragon Tech Summit 2019 tədbirində təqdim ediəcək. Milli.Az technote.az-a istinadən bildirir ki, həmin təqdimat tədbirində bir neçə prosessor modelinin təqdim olunacağı gözlənilsə də tədbirin əsas diqqəti məhz Snapdragon 865 prosessoruna yönələcək. Yeni proessor 8 nüvəli olacaq və Samsung-un ya 7 ya da 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Prosessor iki versiyada təqdim olunacaq. Onlardan biri Snapdragon X55 adlı 5G modemi əldə edəcək, digəri isə 5G modemsiz təqdim olunacaq.

Qualcomm şirkəti Snapdragon 865-in təqdimat tarixini elan etdi

Gözləntilərə əsasən Snapdragon 865 yeni texnologiyaları, LPDDR5 standartlı RAM göstəricisini və təbii ki, yüksək performans göstəricisini dəstəkləyəcək. Snapdragon 865-dən əlavə olaraq şirkət həmçinin Snapdragon 735 prosessorunu da təqdim edə bilər. Snapdragon 735 öz növbəsində 2.36 GHz və 2.32 GHz tezliklərdə çalışan 2 ədəd Cotex-A76 və 1.73 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi əldə etməlidir. Bununla yanaşı prosessor Adreno 620 qrafik çipi ilə də təchiz oluna bilər.

Milli.Az