"Geyinib-soyunma otağı" sindromu - Kişilərin yeni fobiyası

"Geyinib-soyunma otağı" sindromu - Kişilərin yeni fobiyası
23:32 13 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Viktoriya Universitetində aparılan araşdırma, kişilərin paltar dəyişdiyi otaqda həmcinsləri yaxudda qarşı cinsin yanında necə göründüklərini daha çox önəmsədiyini ortaya çıxarıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, urologiya mütəxəssisi Dr.Serkan Deveci bildirib ki, bu sindroma görə kişilərin əksəriyyəti əzələ gücləndirici dərmanlar istifadə edir. Lakin doktor , bu dərmanların zərərləri barədə xəbərdarlıq edib və sinroç haqqında danışıb.

Sağlam həyat üçün idman edənlərin sayını artırarkən, həm də bədən görünüşünə diqqət yetirə kişilərin bir çoxu əzələ quruluşunu artırmaq üçün anabolizing steroid (protein tozu) istifadə edir. Bu dərmanlar istədikləri bədən görünüşünü tez bir zamanda yaratmağa kömək etsə də, ümumi bədən sağlamlığını pozur və qaraciyər, böyrək çatışmazlığına, həmçinin kişi sonsuzluğuna və cinsi disfunksiyaya səbəb olur.

Kişilərin bir çoxu geyinib soyunma otağında qüsursuz bədən nümayiş etdirmək istədikləri üçün bir sıra prosdurlara əl atır. Belə ki, qarın və ya ayaq bölgəsindən yağ (liposuction) cinsiyyət orqanının dərisi altına enjektə edilir. Bu da geniş görünüşlü cinsiyyət orqanına sahib olmağa imkan verir. Ancaq həmin hissəyə yeridilmiş yağ qalıcı deyil və bədən tərəfindən yenidən əmilmir.

Bundan əlavə bu yağların cinsiyyət orqanının böyüklüyünə və ereksiyaya heç bir köməyi yoxdur. Qeyd edək ki, bu xəstələrin əksəriyyətinin cərrahi deyil, psixiatrik dəstəyə ehtiyacı var. Əməliyyatı yalnız seçilmiş xəstə qrupundakı psixiatriya dəstəyi ilə mütəxəssis uroloqlar etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR