Rusiyada kollecdə atışma: ölənlər var

Rusiyada kollecdə atışma: ölənlər var
09:12 14 Noyabr 2019
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən bildirilib.

Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb.

Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. O, hüquq-mühafizə orqanların əməkdaşlarına tərəf bir neçə dəfə atəş açıb, nəticədə polis cavab atəşi açıb:

"Hadisə yerində iki gəncin, o cümlədən atəş açanın cəsədləri tapılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR