Bakı, 16 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan bir qrup vətəndaşın müraciətlərinə baxılıb.
Qəbul zamanı əsasən internet, poçt, rabitə, televiziyaların xidmətinin keyfiyyəti, işlə təminatla bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciəti operativ araşdırılıb və qaldırılan məsələlərin çoxu yerindəcə həll olunub.
Qəbulda vətəndaşların bir qismi video-konfrans vasitəsilə əlaqə yaradaraq müraciətlərini çatdırıblar.