19 saat 19 dəqiqə ərzində uçuş edib rekord qırdılar

Avstraliyanın "Qantas" Hava Yolları şirkəti Londondan Sidneyə 19 saat 19 dəqiqə ərzində uçaraq dünyanın ən uzun ticarət uçuşunu gerçəkləşdirmiş olublar.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədəki şəxslər Sidneyə çatana qədər 2 dəfə Günəşin doğuşunu izləyə biliblər. 40 sərnişin və təyyarə heyətinin olduğu uçuşu "Boening 787-9" təyyarəsi həyata keçirib. Təyyarə ümumilikdə 17 min 800 kilometr məsafədə havada qalıb.

Verilən məlumata görə, təyyarə Sidneydə eniş edərkən daha 1 saat 45 dəqiqə uça biləcək qədər yanacağı qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR