Nikola Yurçeviç: "Bəlkə də nəsə etmək mümkün idi..."

Nikola Yurçeviç: "Bəlkə də nəsə etmək mümkün idi..."
10:32 17 Noyabr 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

Rəqib komandanı təbrik edirəm. Layiqli qələbə qazandılar. Uels yığması yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündürboylu oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Biz künc zərbələrindən də yararlanmağı bacarmadıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Avro 2020"nin seçmə mərhələ matçında Bakıda Uelsə uduzduqları (0:2) oyundan sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Əlli üç yaşlı mütəxəssis deyib: "Bizim hücumlarımız çox da kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı, penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, bəlkə də nəsə etmək mümkün idi. Ancaq alınmadı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR